Kristofer Uolken

Kristofer Uolken
ing. Christopher Walken
Doğum adı Ronald Walken
Digər adları Roni Uolken, Kris Uolken
Doğum tarixi
Doğum yeri ABŞ ABŞ, Nyu York, Kuins
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı Gorgien Uolken
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1952-ci ildən
Təhsili
  • Hofstra Universiteti,
  • Peşəkar şagirdlər məktəbi
Mükafatları Oskar mükafatı, Britaniya Akademiya Film mükafatı
IMDb ID0000686
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kristofer Uolken (ing. Christopher Walken, ilk adı Ronald Uoken (ing. Ronald Walken); 31 mart 1943, Astoriya, Nyu-York ştatı) — amerikalı aktyor.

Öz nəslinin ən aktiv Hollywood aktyorlarından biri. Özünün də etiraf etdiyi kimi, ona təklif olunan rolların hər birini yeni bir təcrübə hesab edərək demək olar ki, heç vaxt rədd etmir. Son onilliklərdə hər il təxminən beş filmdə rol alır. Onun iştirakı ilə çəkilən filmlər Şimali Amerika prokatında 1.8 milyard dollardan çox gəlir əldə ediblər. Karyerası boyunca 100-dən çox filmdə rol alıb. Uoken "Yuxulu dərə", "Öldürməyə baxış" və s. kimi filmlərdə çoxsaylı mənfi və ya tanımaq istəməmə hissləri oyadan, cinayətkar dahilər, məşum mistik şəxsiyyətləri əks etdirə bacarmışdır.

Uoken 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində televiziya debütünü etmişdir, 11 yaşında, 1952-ci ildən 2009-cu ilə qədər televiziyada yayımlanan kult sayılan və ən uzun sürən "Yol göstərən işıq" adlı sabun operasında çəkilmişdir. Serialın mövcud olduğu 57 ili ərzində 18.262 bölüm buraxıldı, bu nailiyyət Ginnesin Rekordlar Kitabına daxil edildi. Uokenin özü iki il (1954–1956) ərzində Mayk Bauer rolunu oynamışdır və 15 yaşında teatr səhnəsində uğurla debüt etdi,

Aktyorluq sənətinin zirvəsi, rus mənşəli Amerika əsgəri Nik Çevotareviç rolunu oynadığı "Maral ovçusu" döyüş draması hesab olunur. Bu filmdə göstərdiyi performansa görə "Oskar" mükafatını almışdır. "Oskar"dan savayı "Bacarırsansa tut" filmində ikinci dərəcəli aktyor roluna görə BAFTA və ABŞ Kinoaktyorlar Gildiyası mükafatlarına layiq görülmüşdür. Aktyorun aktivində "Qızıl moruq" anti-mükafatına iki nominasiyası da var.

Həyatı

Uolken, Nyu-Yorkda, Kuinsdə anadan olmuşdur. Atası alman, anası isə şotlanddır. Universitet təhsili almış, lakin məzun ola bilməmişdir. 1969-cu ildən bəri Gorgien Uolken ilə evli olan aktyorun uşağı yoxdur.

Filmoqrafiya

  1. Christopher Walken // Internet Broadway Database (ing.). 2000.
  2. Ronnie Walken // Internet Broadway Database (ing.). 2000.